Gəncəli idmançılar respublika birinciliyində uğur əldə ediblər. Bu haqda 12 aprel tarixində şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinə istinadən məlumat veririk.
Karate Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində Vətən müharibəsi zəfərinin ildönümünə həsr olunmuş respublika birinciliyi keçirilib. Burada məktəbin yetirmələri 11 medal qazanıblar. Onlardan 4-ü qızıl, 4-ü gümüş, 3-ü isə bürünc medallardır.
