Kanadanın ictimai, media və diaspor təşkilatlarının bir qrup təmsilçisi Gəncəyə yola düşüb. Bu haqda məlumatı iyunun 4-ü Report-a istinadən veririk.
Nümayəndə heyətinə Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının İdarə Heyətinin üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext, jurnalist İnqa Söney-Kelner, Türk Federasiyasının xarici əlaqələr üzrə konsul əlaqələndiricisi İsmail Vataner və “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Lalin Həsənova daxildir.
Səfərin təşkilində məqsəd Azərbaycan həqiqətlərini, ölkəmizin ədalətli mövqeyini və Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları Kanada ictimaiyyətinə çatdırmaq və iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə töhfə verməkdir.
Kanadalı qonaqların müxtəlif dövlət qurumlarında, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsində görüşlərin keçirilməsi nəzərdə tutulub.