14.7 C
Gence
14.7 C
Gence

“Kəpəz” yeni legionerlə qısamüddətli müqavilə imzalayıb

“Kəpəz”in yeni hücumçusu ilə bağladığı müqavilənin müddəti məlum olub. Bu haqda 11 yanvar tarixində Sportinfo.az-a istinadən məlumat veririk.

Gəncə təmsilçisi fransalı legioner Salef Sisse ilə 5 aylıq müqavilə imzalanıb. Seneqal əsilli ön xətt oyunçusu son olaraq Litvada çıxış edib. 30 yaşlı forvard bura gələ bilmək üçün “Hegelmann”la anlaşmasına xitam verib.

Qeyd edək ki, Fransa vətəndaşlığı daşıyan hücumçu yaşadığı ölkədə “Le Manş”, “Limoqes”, “Luqon”, DCMP, “Bellort”, “Atletiko Marsel” və “Qranvill”lə yanaşı, Bolqarıstanda “Çarstvo” ilə “Botev”in formasını geyinib.

Ən Çox Oxunan