“Kəpəz”in “Sumqayıt”la oyunlarının tarixçəsi paylaşılıb. Bu haqda 29 aprel tarixində PFL-ə istinadən məlumat veririk
Bir müddət öncə məlumat verdiyimiz kimi, bu gün “sarı-göylər” “kimyaçılarla” qarşılaşacaqlar. Oyun Qəbələ şəhər stadionunda saat 16:00-da baş tutacaq.
Peşəkar Futbol Liqası “Kəpəz” – “Sumqayıt” qarşılaşmalarının statistikasını açıqlayıb. Komandalar tarix boyunca 23 dəfə üz-üzə gəliblər. Oyunların 6-da “Kəpəz”, 9-da isə “Sumqayıt” qələbə qazanıb, 8 oyun heç-heçə ilə başa çatıb. Top fərqi isə 24-30 göstəricisi ilə “Sumqayıt”ın xeyrinə olub.