Gəncədə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan şəxs xilas edilib. Bu haqda Fövqəladə Hallar Nazirliyi (FHN) 22 noyabr tarixində məlumat paylaşıb.
Hadisə şəhərin Kəpəz rayonunda qeydə alınıb. FHN-nin qaynar xəttinə şəhər sakinin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqda məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub.
Əməkdaşlar giriş qapısını açıb vətəndaşın halsız vəziyyətdə olmasını aşkar ediblər. Sakin aidiyyəti üzrə təhvil verilib.
Daha öncə, 19 noyabr tarixində Gəncə sakinin xilas edilməsi haqda məlumat vermişdik.