24.8 C
Gence
24.8 C
Gence

Kəpəz rayon Polis bölməsinə yeni rəis təyin olunub

Gəncədə polis şöbəsinə yeni təyinat olub. Bu haqda 29 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Sənədə əsasən, polis kapitanı Mustafa Əlizadə Kəpəz rayon Polis Bölməsinə rəis təyin olunub. Bundan öncə o, Nizami rayon Polis İdarəsində baş əməliyyat müvəkkili vəzifəsini icra edirdi.

Xatırladaq ki, bir neçə gün öncə Kəpəz rayon Polis Bölməsinin keçmiş rəisi vəzifəsindən azad edilərək Samux rayonuna təyin olunmuşdur.

Ən Çox Oxunan