25.8 C
Gence
25.8 C
Gence

“Kəpəz” raket atəşi zamanı valideynlərini itirən Hüseyni belə təbrik edib

“Kəpəz” Gəncə terrorunda valideynlərini itirmiş uşağa jest edib. Bu haqda 29 aprel tarixində futbol klubuna istinadən məlumat veririk.

Bu gün Vətən müharibəsi zamanı Gəncəyə atılan raket zərbələri nəticəsində hər iki valideynini itirən Hüseyn Əliyevin doğum günüdür. Hüseynin 11 yaşı tamam olur. O, həmçinin “Kəpəz”in U-11 komandasının üzvüdür.

“Kəpəz” – “Sumqayıt” oyunundan əvvəl Hüseyn klub tərəfindən təbrik olunub. Komandanın kapitanı Yusif Nəbiyev futbolçularla birlikdə meydana çıxan Hüseynə hədiyyələr verib.

Bundan başqa, oyunda topa simvolik olaraq, ilk zərbəni də Hüseyn Əliyev vurub.

Ən Çox Oxunan