“Kəpəz” Misli Premyer Liqasının XXI tur oyunundan 1 xalla ayrılıb. Bu haqda 4 fevral tarixində futbol klubuna istinadən məlumat veririk.
Komandamız liqa çərçivəsində “Qarabağ” FK ilə qarşılaşıb. Gəncə şəhər stadionunda baş tutan matçda tərəflər 1:1 hesablı heç-heçə ediblər.
“Kəpəz”in yeganə qolunu oyunun ikinci hissəsində Ahmed Ayzaya vurub.