“Kəpəz”in bugünkü oyununun hakimləri bəlli olublar. Bu haqda 27 may tarixində PFL-ə istinadən məlumat veririk.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXVI turun hakim təyinatları açıqlanıb. Aşağıda “Qəbələ”–“Kəpəz” matçının hakimlər briqadasının üzvlərinin adları sadalanıb:
- Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Nicat İsmayıllı;
- Hakim-inspektor: Babək Quliyev;
- VAR: Rəşad Əhmədov
- AVAR: Eyyub İbrahimov
Xatırladaq ki, matç bu gün, 27 may saat 17:30-da Qəbələ şəhər stadionunda keçiriləcək.