Gəncə təmsilçisi növbəti rəqibi ilə qarşılaşacaq. Bu haqda 13 aprel tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” “Turan Tovuz” ilə qarşılaşacaq. Oyun 15 aprel tarixində saat 16:00-da Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş Misli Premyer Liqasının XXX turu çərçivəsində baş tutacaq.
Matçı canlı olaraq CBC Sport kanalında izləmək mümkün olacaq.
Xatırladaq ki, təmsilçimiz son oyunda 3:1 hesablı məğlubiyyətlə üzləşib.