20.8 C
Gence
20.8 C
Gence

“Kəpəz” Qəbələdə “Sabah”ı qəbul edəcək

Gəncə təmsilçisi növbəti matça çıxacaq. Bu haqda 3 may tarixində futbol klubuna istinadən məlumat veririk.

“Kəpəz” Qəbələ şəhər stadionunda “Sabah”ı qəbul edəcək. Oyun 5 may tarixində saat 18:00-da təşkil olunacaq. Görüş Misli Premyer Liqasının XXXIII turu çərçivəsində baş tutacaq.

Matçı canlı olaraq CBC Sport kanalında izləmək mümkün olacaq.

Qeyd edək ki, son oyunda təmsilçimiz “Sumqayıt”la qarşılaşıb. Oyun “Kəpəz” in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Ən Çox Oxunan