14.7 C
Gence
14.7 C
Gence

“Kəpəz” PFK: Kamran İbrahimov və Tural Rzayev tam sağalıb

“Kəpəz”in zədəli oyunçuları məşqlərə qatılıblar. Bu haqda 26 sentyabr tarixində futbol klubuna istinadən məlumat veririk.

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək oyuna hazırlıq prosesi davam edir. Tərlan Əhmədov məşqlərə əvəzedici heyətin və 16 yaşlılardan ibarət komandanın üç futbolçusunu da qatıb.

Bundan başqa, zədəli oyunçulardan Kamran İbrahimov, Tural Rzayev tam sağalıb və kollektiv məşqlərdə iştirak edirlər. Fərid Nəbiyev isə fərdi hazırlaşır.

 

Ən Çox Oxunan