“Kəpəz” – “Neftçi” oyununda topa ilk zərbəni Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev endirəcək. Bu barədə PFL-in texniki idman direktoru Elgiz Abbasov xəbər yayıb.
Oyun Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçiriləcək. Gəncə şəhər stadionunda baş tutacaq qarşılaşma bu gün, 16 oktyabr tarixində saat 15:00-da başlayacaq.