20.8 C
Gence
14.5 C
Ganja

“Kəpəz” növbəti mövsümdə Premyer Liqada oynamağı planlaşdırır

Gəncəni təmsil edən “Kəpəz” futbol klubu növbəti mövsümdə Premyer Liqada iştirak etmək niyyətindədir. Bu haqda Gencexeber.az 10 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.

Gəncə klubu sözügedən məsələ üçün AFFA-nın lisenziyalaşdırma qrupuna müraciət edib. Onlar 2022-2023 illər mövsümündə əsas liqada oynamağı planlaşdırır. Hal-hazırda komanda Azərbaycanın Birinci Divizionunda çıxış edir.

Qeyd edək ki, “Kəpəz” ötən mövsümdə Premyer Liqada iştirak etmək üçün müraciət etsədə, müsbət cavab almamışdır.