25.8 C
Gence
25.8 C
Gence

“Kəpəz” növbəti iki ev oyununu Gəncədə keçirə bilməyəcək

“Kəpəz” bir neçə oyunu Qəbələdə keçirəcək. Bu haqda 10 aprel tarixində futbol klubuna istinadən məlumat veririk.

Buna səbəb Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyətinin çempionat matçlarını qəbul etmək üçün yararsız hala düşməsidir. Peşəkar Futbol Liqası “Kəpəz”in müraciət və təsdiq məktubunu nəzərə alaraq, aprel ayının əvvəlcədən açıqlanan təqvimində dəyişiklik edib.

Belə ki, “Kəpəz” XXX turda “Turan Tovuz”la, XXXII turda isə “Sumqayıt”la Qəbələ şəhər stadionunda qarşılaşacaq. Matçlar müvafiq olaraq aprelin 15-i və 29-da olacaq və saat 16:00-da başlayacaq.

Renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra klubun XXXIII turdan sonrakı ev oyunlarının Gəncədə keçirilib-keçirilməyəcəyinə yekun qərar veriləcək.

Ən Çox Oxunan