“Kəpəz”ə braziliyalı futbolçu gəlib. Bu barədə 31 dekabr tarixində Gencexeber.az xəbər verir.
Gəncə klubu Alessandro Pinheiro Martins Juniorla müqavilə imzalayıb. Sözləşməyə əsasən, 23 yaşlı yarımmüdafiəçi komandanın formasında iki il çıxış edəcək.
Qeyd edək ki, futbolçu son olaraq Litva təmsilçisi “Babrunqas”ın formasını geyinib.