9.7 C
Gence
5.5 C
Ganja

“Kəpəz” klubu 4-cü tur çərçivəsində matçı qazanıb

Bu gün, 15 oktyabr tarixində Gəncəni təmsil edən “Kəpəz” futbol klubu matçı qazanıb. Bu haqda Gencexeber.az-ın müxbiri məlumat verib.

Sumqayıtın “Kapital Bank Arena”nın ehtiyat meydançasında keçirilən oyun 2-1 hesabı ilə başa çatıb. “Kəpəz”-in hücumçusu Emil Qasımov dubl edərək “Sumqayıt-2” klubunu məğlubiyyətə uğradıb.

Görüş peşəkar futbol klublarının çıxış etdiyi Azərbaycan Birinci Divizionunun 4-cü tur çərçivəsində baş tutub.

Qeyd edək ki, 3-cü turda “Kəpəz” 4-2 hesabı ilə “Qarabağ-2” klubunu məğlub etmişdir.

Ən Çox Oxunan