14.7 C
Gence
14.7 C
Gence

“Kəpəz”in yeni transferi ilə bağlı problem həll olunub

“Kəpəz”in yeni transferi ilə bağlı problem həll olunub. Bu haqda 11 yanvar tarixində Sportinfo.az-a istinadən məlumat veririk.

Belə ki, bir müddət öncə Mario Mustapiç ölkəsinə qayıdaraq sonuncu klubu olan “Rudes”lə ortaq nöqtəyə gələ bilib. Futbolçu ona lazım olan sənədləri əldə edərək geri qayıdıb. 23 yaşlı oyunçu yeni komandasının Antalya toplanışında iştirak edir. Yeni transfer artıq Peşəkar Futbol Liqasında da qeydiyyatdan keçirilib.

Xatırladaq ki, “Kəpəz” Marionu ötən ilin oktyabr ayından transfer etdiyini açıqlayıb. Amma futbolçunun sabiq klubu olan “Rudes” xorvatiyalı qapıçının sənədlərini verməyib. Nəticədə çərçivə qoruyucusu Premyer Liqada yeni komandasına kömək edə bilmirdi.

Ən Çox Oxunan