Gəncədə futbolçu dünyasını dəyişib. Bu haqda 13 noyabr tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz”in veteran futbolçusu İsmayıl Hüseynov vəfat edib. Klubun mətbuat xidməti sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib və onun yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, mərhum futbol mütəxəssisi Yunis Hüseynovun qardaşıdır.