Veteran futbolçu Gəncəni təmsil edən “Kəpəz” futbol klubunda işləyəcək. Bu haqda 12 oktyabr tarixində klubun rəsmi səhifəsində məlumat paylaşılıb.
Keçmiş hücumçu Rövşən Əhmədov aşağı yaş qruplarında məşqçi-seleksiyaçı vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Əhmədov “Kəpəz”-də iştirak edən vaxt Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. Klub hal-hazırda Azərbaycanın Birinci Divizionunda Gəncəni təmsil edir.
Daha öncə, İlham Səmədovun klubda uşaq futbolunun koordinatoru vazifəsində çalışacağı haqda xəbər vermişdik.