“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun ot örtüyündə yaranmış problemlə bağlı Gənclər və İdman Nazirliyi açıqlama yayıb. Bu haqda 6 aprel tarixində Qafqazinfo.az-a istinadən xəbər veririk.
Nazirlik stadionun onlara məxsus olduğunu, lakin “Kəpəz”in istifadəsinə verildiyi üçün ot örtüyünə onların baxmalı olduğunu bildirib: “Gəncə şəhər stadionu Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olsa da, “Kəpəz” futbol klubunun istifadəsinə verilib. Buna görə də stadiona xidmət məsələləri, o cümlədən də öt örtüyünün saxlanması və qulluq məsələləri klubun öhdəliyindədir”.
Qeyd edək ki, “Kəpəz”in Premyer Liqanın 28-ci turunda “Səbail”ə qarşı keçirdiyi oyundan sonra stadionun ot örtüyünün durumu böyük müzakirələrə səbəb olmuşdu. Hətta qonaq komanda durumdan şikayət etmişdi.