Gəncə təmsilçisinin oyundan öncə videosu yayılıb. Bu haqda 7 noyabr tarixində Baku.ws-ə istinadən məlumat veririk.
“Kəpəz” son matçında “Qarabağ”a 7:1 hesabı ilə məğlub olub. “Sarı-göylər”in oyundan öncə stadionun qarşısındakı dönərxanadan dönər yeməsi barədə xəbər yayılıb. Bununla bağlı video paylaşılıb. Orada “Kəpəz”in oyunçularının matçdan qabaq dönər növbəsinə dayanması əks olunub.
Xatırladaq ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Təmsilçimizin yeganə qolunu 18-ci dəqiqədə Adama Niane vurub.
Qeyd edək ki, futbolçular, əsasən, komandanın həkimi və fizioterapevtinin təyin etdikləri qida planı və məsləhətlər əsasında qidalanmalıdırlar. Onlara fastfud, yağda qızardılmış yeməklər, qazlı şirin içkilər və s. qadağandır. Bundan başqa, matç günü futbolçulara oyundan minimum üç saat öncə qida qəbul etməyə icazə verilir.