Gəncə təmsilçisinin məşqçisinə cəza verilib. Bu haqda 1 noyabr tarixində AFFA-ya istinadən məlumat veririk.
Söhbət AFFA Gənclər Liqasında çıxış edən “Kəpəz”in məşqçisi Orxan Verdiyevdən gedir. O, “Sabah”la oyunun 35-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan uzaqlaşdırılsa da, intizamsız davranışını davam etdirib.
Verdiyev tribunaya qalxdıqdan sonra da təhqirlər səsləndirib. Bu səbəbdən AFFA İntizam Komitəsi ona 5 oyunluq cəza kəsib.