“Kəpəz”in bugünkü oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Bu haqda 5 avqust tarixində Azərforum-a istinadən məlumat veririk.
Azərbaycan Premyer Liqasında 1-ci turun hakimləri müəyyənləşib. Bu gün, 5 avqust tarixində baş tutacaq “Kəpəz” – “Zirə” qarşılaşmasında hakimlər Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli və Cavid Cəlilov olacaq.
Qeyd edək ki, oyun 19:30-da “Dalğa Arena”da keçiriləcək.