25.4 C
Gence
18.5 C
Ganja

“Kəpəz”in hücumçu transferi alınmaya bilər

“Kəpəz” yeni hücumçu ilə müqavilə bağlamaq istəyir. Bu haqda məlumatı sentyabrın 22-si Sportinfo.az-a istinadən veririk.

Gəncə təmsilçisi tərəfindən Ahmied Aljaburinin transferi ilə bağlı bütün detallar dəqiqləşdirilib. Lakin bu transfer də son anda baş tutmaya bilər. Belə ki, forvarda İranın birinci liqasından dəvət gəlib. Yüksək maaş təklifi əcnəbi oyunçunu karyerası ilə bağlı yenidən fikirləşməyə vadar edib.

Futbolçu indiki halda Azərbaycan klubuna gözləməyi məsləhət görüb. Əgər onun ölkəsində çıxış etmək variantı alınmasa, o halda Azərbaycana gələcək.

29 yaşlı hücumçu vaxtilə İranın aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib. “Susangerd”in yetirməsi ölkəsində “Naft MS”in şərəfini qoruyub.