Gəncə təmsilçisinin oyunçusu təntənəli evlilik təklifi edib. Bu haqda 23 may tarixində futbolçunun sosial şəbəkə səhifəsinə istinadən məlumat veririk.
Söhbət “Kəpəz”in gürcüstanlı yarımmüdafiəçisi Mate Kvirkviyadan gedir. O, ötən gün Bakıda Dağüstü parkda yerləşən restoranların birində sevgilisi Mariam Akobadzeyə evlilik təklifi edib.
Qarşı tərəfdən “hə” cavabı alan 27 yaşlı futbolçu görüntüləri sosial şəbəkə hesablarında paylaşıb.
Xatırladaq ki, Mate Kvirkviya “Kəpəz”lə cari mövsümün əvvəlində bir illik müqavilə imzalayıb.