Gəncə təmsilçisinin üzvü beynəlxalq turnirdə çıxış edib. Bu haqda 7 noyabr tarixində futbol klubuna istinadən xəbər veririk.
“Kəpəz” klubunun üzvü Hüseyn Huseynov milli komandanın heyətində Şotlandiyada keçirilən Millətlər Liqasında uğurla iştirak edib. Təmsilçimiz “D” divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo komandaları ilə mübarizə aparıb. Futbolçularımız qrupu 2-ci pillədə tamamlayıblar. Onlar 2024-cü ildə Fransada təşkil olunacaq Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, futbolçumuz hərbi xidmətdə olarkən mina partlayışı zamanı ayağını itirib. O, “Kəpəz” klubunun tərkibində bu il yaradılan amputant komandanın üzvüdür. Heyət ölkədaxili yarışlarda Gəncəmizi təmsil edir.