Gəncə təmsilçisinin dünya reytinqindəki yeri açıqlanıb. Bu haqda 23 fevral tarixində Oxu.az-a istinadən məlumat veririk.
Klubların cari ay üçün dünya reytinqi paylaşılıb. Siyahıda 13.515 komanda yer alıb. Burada Nizami yurdunun təmsilçisi 65 reytinq xalı ilə 1651-ci yerdə qərarlaşıb. O, reytinqdə Azərbaycan klubları arasında sondan ikincidir.
“Kəpəz”dən sonra, 1731-ci yerdə “Səbail”dir. İlk yüzlüyə təmsilçilərimizdən yalnız “Qarabağ” düşüb. O, 84,1 reytinq xalı ilə 69-cu pillədədir.
Qeyd edək ki, ilk üç yeri müvafiq olaraq “Bavariya”, “Mançester Siti” və “Napoli” bölüşür.