“Şamaxı” – “Kəpəz” oyununun hakimləri bəlli olub. Bu haqda 21 aprel tarixində PFL-ə istinadən məlumat veririk.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun hakim təyinatları açıqlanıb. Aşağıda “Şamaxı” – “Kəpəz” matçının hakimlər briqadası üzvlərinin adları sadalanıb:
- Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, İnqilab Məmmədov;
- Hakim-inspektor: Anar Salmanov;
- AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Xatırladaq ki, oyun bu gün saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.