22.5 C
Gence
22.5 C
Gence

“Kəpəz”in bu mövsüm yollarını ayıracaq oyunçuların adları açıqlanıb

Gəncə təmsilçisi mövsümün sonunda bir neçə futbolçusu ilə yolunu ayıracaq. Bu haqda 20 may tarixində Bizim.media-ya istinadən məlumat veririk.

“Kəpəz”in cari mövsüm bitəndən sonra yollarını ayıracağı futbolçular artıq dəqiqləşib. Onlar qış fasiləsində gələrək əsas heyətə düşə bilməyən, ehtiyatda qalan 5 futbolçudur. Söhbət xorvatiyalı qapıçı Mario Mustapiç, fransalı hücumçu Salif Sisse, cinah müdafiəçisi Tural Axundov, qapıçı Kamran İbrahimov və mərkəz müdafiəçisi Elvin Yunuszadədən gedir.

“Tural qışdan bu yana 1 dəqiqə belə oynamayıb, digər ikisi isə baş məşqçi Tərlan Əhmədov tərəfindən qışadək əsas komandadan uzaqlaşdırılan, müqavilələri olduqlarına görə əvəzedici heyətdə çıxış etməyi üstün tutanlardır”, – deyə bildirilib.

Ən Çox Oxunan