“Kəpəz”in Premyer Liqada çıxışa hazırlığı davam edir. Bu haqda 4 iyul tarixində Azərforum-a istinadən məlumat veririk.
Komandanın oyunçuları Bakıda – “Dalğa Arena”da bir araya gəlib. Təmsilçimiz ilə Gürcüstandan olan iki legionerlə aparılan danışıqlar yekunlaşıb. Yaxın günlərdə hər iki futbolçu kluba qatılacaq. Onlar yarımmüdafiəçi mövqeyində çıxış edir.
Həmçinin İranlı legioner Peyman Keşavarzi ilə də danışıqlar müsbət nəticə verib. Onun Bakı toplanışına qatılacağı gözlənilir.
Qeyd edilib ki, komanda ilə birgə adı hallanan sabiq “Xəzər Lənkəran”lı Sadio Tounkara baş məşqçi Yaşar Vahabzadənin planlarına daxil deyil. Onunla danışıqların aparılmadığı bildirilib.