16.9 C
Gence
16.9 C
Gence

“Kəpəz”in baş məşqçisinin bu gün 51 yaşı tamam olur

Bu gün “Kəpəz”in əsas komandasının məşqçisinin doğum günüdür. Bu haqda Gencexeber.az 17 noyabr tarixində məlumat verir.

Tərlan Musa oğlu Əhmədov 17 noyabr 1971-ci ildə Şirvan (keçmiş Əli Bayramlı) şəhərində anadan olub. O, futbolçu karyerasında müdafiəçi, hücumçu mövqelərində çıxış edib.

2009-cu ildə futbolçu karyerasını bitirməyə qərar verərək məşqçiliyə başlayıb. Həmin ilin iyun ayından Tərlan Əhmədov “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun köməkçisi vəzifəsində çalışıb. 2011-2013-cü illərdə “Neftçi” (Bakı), 2014-2017-ci illərdə “AZAL”, 2017-2018-ci illərdə yenidən “Neftçi” (Bakı), 2018-2020-ci illərdə “Keşlə”, 2022-ci ilin sentyabrından isə “Kəpəz” klubunun məşqçisi kimi işləyir.

 

Ən Çox Oxunan