Gəncənin futbol təmsilçisi azarkeşləri üçün nəqliyyat təşkil edib. Bu haqda 14 aprel tarixində futbol klubuna istinadən məlumat veririk.
Məlumat verdiyimiz kimi, “Kəpəz” növbəti iki ev oyununu Qəbələdə keçirəcək. İlk matç 15 aprel saat 16:00-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komandamıza “Turan Tovuz”la oyunda dəstək olmaq istəyən azarkeşlər üçün klub rəhbərliyi tərəfindən avtobuslar ayrılacaq.
Qatılmaq istəyənlər klubun Facebook və ya İnstagram səhifəsində bununla bağlı paylaşımların şərh bölməsinə “+” qoymalıdırlar.