“Kəpəz” klubu futbolçuları icarəyə götürüb. Bu haqda məlumatı 4 yanvar tarixində klubun rəsmi səhifəsinə istinadən veririk.
Belə ki, 20 yaşlı Abdulla Rzayev və 21 yaşlı İdris İnqilablı mövsümün sonuna kimi “Kəpəz”də oynayacaqlar. Rzayev müdafiəçi, İnqilablı isə yarımmüdafiəçi mövqelərində çıxış edirlər.
Qeyd edək ki, hər iki futbolçu “Sabah” klubunda çıxış edir.