18.6 C
Gence
18.6 C
Gence

“Kəpəz” gələn mövsümədək doğma meydanından uzaq qalacaq

“Kəpəz” daha bir neçə oyunu doğma meydanda keçirə bilməyəcək. Bu haqda 28 aprel tarixində Oxu.az-a istinadən məlumat veririk.

Bir müddət öncə Peşəkar Futbol Liqası “sarı-göylər”in iki ev matçının – “Turan Tovuz” və “Sumqayıt”la görüşlərin Qəbələdə keçirilməsinə qərar verməsi barədə məlumat vermişdik. Komanda “Sumqayıt”ı aprelin 29-da qəbul edəcək. Bundan sonra komanda Gəncəyə köçməli idi. Ancaq stadionun durumu buna imkan vermir.

Bildirilir ki, meydançaya toxum səpilib və artıq cücərib. Ancaq qazonun normal hala düşməsi üçün hələ bir müddət də vaxt lazım olacaq. “Kəpəz” böyük ehtimalla mayın 5-də “Sabah”ı, 21-də “Neftçi”ni də doğma divarlar arasında qəbul edə bilməyəcək. Ümumiyyətlə, komandanın bir də növbəti mövsüm öz meydanına qayıdacağı gözlənilir.

Bu məlumatı klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev təsdiqləyib.

Ən Çox Oxunan