24.7 C
Gence
24.7 C
Gence

“Kəpəz” ev oyununu rəqib meydanında keçirəcək

Gəncə təmsilçisi “Kəpəz” növbəti oyuna hazırlaşır. Bu haqda məlumatı avqustun 17-si veririk.

Oyun Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək. “Kəpəz” avqustun 21-i saat 18:00-da “Qəbələ” komandası ilə qarşılaşacaq.

Gəncə şəhər stadionu çempionat matçlarının keçirilməsi üçün hazır olmadığına görə “Kəpəz” Qəbələyə yollanıb.

Xatırladaq ki, gəncəlilər ötən turda iri hesabla uduzublar.

Ən Çox Oxunan