Gəncə təmsilçisi növbəti rəqibi ilə qarşılaşacaq. Bu haqda 19 may tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” Qəbələ şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. Oyun 21 may tarixində saat 18:00-da təşkil olunacaq. Görüş Misli Premyer Liqasının XXXV turu çərçivəsində baş tutacaq.
Matç canlı olaraq CBC Sport kanalında yayımlanacaq.
Xatırladaq ki, son oyunda təmsilçimiz “Zİrə”nin qonağı olub. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.