25.6 C
Gence
20.5 C
Ganja

“Kəpəz” ev oyunlarını Gəncədə keçirəcək

Gəncə şəhər stadionunda Premyer Liqa oyunları təşkil ediləcək. Bu haqda məlumatı avqustun 1-i Report-a istinadən veririk.

Gəncə təmsilçisinin mətbuat xidmətindən verilən məlumata əsasən, komandanın stadionu tam qənaətbəxş vəziyyətdə olmasa da, ev oyunları paytaxt Bakıda deyil, Gəncədə keçiriləcək.

Ev oyunları zamanı bilet satışının həyata keçirilib-keçirilməyəcəyi də hələlik bəlli deyil. Qəzalı vəziyyətdə olan tribunalardan birinə azarkeşlərin buraxılıb-buraxılmayacağı hələ müəyyənləşməyib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2022-2023 mövsümünə avqustun 5-də start veriləcək. İlk turda “Kəpəz” “Zirə”ni qəbul edəcək.