16.4 C
Gence
16.4 C
Gence

“Kəpəz” ev oyunlarını doğma şəhərdə keçirəcək

“Kəpəz”ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib. Bu haqda 6 oktyabr tarixində Report-a istinadən məlumat veririk.

Azərbaycan Respublikasının Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə şəhər stadionunda oyunun təşkilinə birbaşa və dolayı yolla aidiyyəti olan qurğuların hazırlanması ilə bağlı klub rəhbərliyinə vaxt verilib. Bundan sonra stadionda Peşəkar Futbol Liqasının (PFL) müvafiq işlərə cavabdeh olan şəxslərinin geniştərkibli təftişi keçirilib.

Sonda iclas təşkil olunub. Burada tribunaların 1-ci yarusunun istifadə olunması (ancaq oturacaqlı hissəsi), yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərti ilə “Kəpəz” Peşəkar Futbol Klubunun ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsinə icazə verilib.

Bundan başqa, hər iki komandanın paltardəyişmə otaqları, hakim otağı, “sky-box”lar, tribunalar, reklam şitləri, media nümayəndələrinin çalışması üçün qurğular, eləcə də bu və digər qaydada oyunun keçirilməsi üçün lazım olanlar hazır vəziyyətə gətirilib.

Ən Çox Oxunan