19.7 C
Gence
18.5 C
Ganja

“Kəpəz” erməniləri dəstəkləyən qolkiperdən imtina edib

“Kəpəz” razılığa gəldiyi qapıçıdan imtina edib. Bu haqda 21 sentyabr tarixində Sportinfo-ya istinadən məlumat veririk.

2 gün sonra Azərbaycana gəlməsi planlaşdırılan serbiyalı qapıçı Stefan Çupiçə ondan imtina olunması barədə məlumat verilib. Buna səbəb yerli tərəfdarların bu transferə etirazı olub.

Belə ki, o, Vətən müharibəsi zamanı öz sosial şəbəkə hesabından Ermənistana dəstək paylaşımları edib. Bundan başqa, qolkiper “Ararat Armenia”da forma geyinib.

“Kəpəz”in fanatları birmənalı olaraq belə bir oyunçunun transferinə qarşı çıxıblar. Klubun rəhbərliyi baş məşqçi Tərlan Əhmədova futbolçudan imtina etməkdən başqa yol olmadığını bildirib.