23 C
Gence
18.5 C
Ganja

“Kəpəz” Elvin Yunuszadə ilə müqavilə bağlayacaq

“Kəpəz” təcrübəli müdafiəçini heyətinə qatacaq. Bu haqda məlumatı iyunun 13-ü Sportinfo.az-a istinadən veririk.

Söhbət 2 ilə yaxındır yaşıl meydanlardan uzaq düşən Elvin Yunuszadədən gedir. Müdafiəçini “Kəpəz”in heyətində yenidən Premyer Liqada görəcəyik.

5 qat Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun sahibi olmuş futbolçu ilə yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü vaxtilə “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şkupi” (Makedoniya) kimi komandaların formasını geyinib. O, sonuncu dəfə 2020-ci ilin sentyabrında Makedoniya çempionatında rəsmi oyuna çıxıb.