25.5 C
Gence
17.5 C
Ganja

“Kəpəz” daha bir futbolçu ilə müqaviləni yeniləməyib

“Kəpəz” yarımmüdafiəçisi ilə yollarını ayırıb. Bu haqda məlumatı iylun 18-i Azərtac-a istinadən veririk.

Bildirilib ki, milli komandanın sabiq üzvü Cavid İmamverdiyev “Kəpəz”dən ayrılıb. 32 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Bununla bağlı İmamverdiyev sosial şəbəkə hesabında paylaşım edib. “Hər şey üçün təşəkkürlər” yazan futbolçu Gəncə təmsilçisi ilə vidalaşıb.

Qeyd edək ki, C.İmamverdiyev 2021-ci ilin yayından “Kəpəz”də çıxış edirdi. “Neftçi”nin yetirməsi olan futbolçu “Sumqayıt”da da çıxış edib.

Xatırladaq ki, ötən ay “Kəpəz” 6 futbloçusu ilə müqaviləni yeniləməyib.