21.4 C
Gence
20.5 C
Ganja

“Kəpəz” braziliyalı legioneri transfer edə bilər

“Kəpəz”in baş məşqçisi yeni legioneri sınaqdan keçirmək istəyir. Bu haqda 13 iyul tarixində Azərforum-a istinadən məlumat veririk.

Sonuncu mövsümü Litva “Babrunqas”ında keçirmiş braziliyalı Juninyo Maranhense “Kəpəz”in məşqlərinə qatılır. 22 yaşlı cinah oyunçusu 14 iyul tarixində “Sumqayıt”la yoldaşlıq görüşündə iştirak edə bilər.

Klubun baş məşqçisi Yaşar Vahabzadə yaxın günlərdə legionerlə bağlı qərarını verəcək.

Qeyd edək ki, Juninyo Maranhense karyerası ərzində ölkəsində ABC, “Palmeyra”, “Moto Club” kimi komandaları təmsil edib.