20.8 C
Gence
20.8 C
Gence

Kəpəz bələdiyyəsinə məxsus 6 ev satışa çıxarılır

Gəncədə bələdiyyə mülkləri yenidən hərraca qoyulur. Bu haqda 4 may tarixində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.

Müsabiqə 25 may saat 15:00-da baş tutacaq. Gəncə şəhəri Kəpəz Bələdiyyəsinə məxsus 6 ədəd müxtəlif sahəli fərdi yaşayış evləri satışa çıxarılacaq.

Hərrac Heydər Əliyev meydanında yerləşən ƏMDX-nin Gəncə ərazi şöbəsində keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən şəxslər 24 may tarixinədək ərizələrini təqdim etməlidirlər.

Əlaqə üçün (022) 256 87 57 nömrəsi ilə müraciət etmək olar. Ətraflı məlumat üçün linkə keçid etmək lazımdır.

Ən Çox Oxunan