18.6 C
Gence
18.6 C
Gence

“Kəpəz” azarkeşlərinə görə 5600 manat ödəməlidir

“Kəpəz” növbəti dəfə cərimələnib. Bu haqda 4 may tarixində Peşəkar Futbol Liqasına istinadən məlumat veririk.

AFFA-nın İntizam Komitəsinin iclası baş tutub. Burada Misli Premyer Liqasının XXXII turunun oyunlarına baxış keçirilib.

“Kəpəz” – “Sumqayıt” oyununda rəqib futbolçuların ünvanına “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr istifadə olunub. Nəticədə təmsilçimiz 4000 manat cərimə edilib.

Bundan başqa, matç zamanı “Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Bu da cərimənin məbləğini 5600 manata çatdırıb.

Ən Çox Oxunan