24.7 C
Gence
24.7 C
Gence

“Kəpəz” azarkeşlərinə görə 4 min manat məbləğində cərimələnib

AFFA-nın İntizam Komitəsi “Kəpəz”i cərimələyib. Bu haqda məlumatı sentyabrın 23-ü adıçəkilən federasiyaya istinadən veririk.

AFFA İntizam Komitəsinin qərarı açıqlanıb. “Kəpəz”in fanatları Qəbələdə “Şamaxı” ilə görüşdə hakimlərin ünvanına qeyri-etik və təhqiramiz ifadələr işlətdiyi üçün Gəncə təmsilçisi 4.000 manat məbləğində cərimələnib.

Həmçinin, “Kəpəz”in 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub əlavə 800 manat cərimə ödəməli olacaq.

Ən Çox Oxunan