Kəpəz futbol klubunun Premyer Liqada iştirakı rəsmi olaraq təsdiqlənib. Bu haqda məlumatı iyunun 1-i Report-a istinadən veririk.
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Orada müvafiq lisenziya almış “Kəpəz”in elitada iştirakı qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümünün cədvəlinə 10 komanda salınıb.
Xatırladaq ki, klubun Premyer Liqada iştirakı üçün lisenziyanın təqdim olunması haqda xəbər vermişdik.