Gəncə təmsilçisi növbəti rəqibi ilə qarşılaşacaq. Bu haqda 8 noyabr tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” “Araz-Naxçıvan”a qarşı oynayacaq. Matç Misli Premyer Liqasının XIII turu çərçivəsində baş tutacaq.
Oyun 10 noyabr saat 19:00-da keçiriləcək. Qarşılaşma “Dalğa Arena”da təşkil olunacaq.
Matç canlı olaraq, CBC Sport telekanalında yayımlanacaq.