Bu gün “Kəpəz” növbəti dəfə rəqibi ilə qarşılaşacaq. Bu haqda 28 noyabr tarixində Report-a istinadən məlumat veririk.
Görüş Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində baş tutacaq. Təmsilçimiz bu gün, 28 noyabr tarixində saat 14:00-da “Şamaxı”ya qarşı oynayacaq. Matç Şamaxı şəhər stadionunda keçiriləcək.
Oyundakı hakimlərin adları aşağıda qeyd olunub:
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.