16.4 C
Gence
16.4 C
Gence

“Kəpəz” AFFA-nın yubileyinə həsr olunmuş yoldaşlıq oyununda təmsil olunub

“Kəpəz” AFFA-nın 30 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyununda iştirak edib. Bu barədə Gencexeber.az 7 dekabr tarixində kluba istinadən məlumat verir.

“Dalğa Arena”da AFFA-nın, PFL-ın əməkdaşlarından və Azərbaycan milli komandalarının məşqçilərindən ibarət komanda ilə Misli Premyer Liqasında çıxış edən klubların əməkdaşlarından və həmin klublarda çalışan məşqçilərdən təşkil olunmuş komanda üz-üzə gəlib.

İkincilərin heyətində əsas komandamızın baş məşqçisi Tərlan Əhmədov kapitan qismində, həmçinin uşaq futbolunun koordinatoru İlham Səmədov çıxış ediblər. Oyun 5:5 hesabı ilə başa çatıb.

Ən Çox Oxunan